Rusiyada ticarət mərkəzində yanğın: 800 nəfər təxliyə olundu

Day.Az представляет новость на азербайджанском языке

Rusiyanın Yaroslavl şəhərində ticarət mərkəzində yanğınla əlaqədar 800 nəfər təxliyə olunub.

Trend bildirir ki, "Vernisaj" ticarət mərkəzində dükanların birində naqillər alışıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunublar. Yanğının qarşısı qısa müddətdə alınıb.

Qeyd olunur ki, "Vernisaj" Yaroslavlın ən böyük ticarət mərkəzlərindən biridir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.