Günel Musəvi nişanlandı - FOTO

Day.Az представляет новость на азербайджанском языке.
Uzun müddətdir xaricdə yaşayan aparıcı Günel Musəvi nişanlanıb.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda sosial şəbəkədə yazıb. Nişanından fotolarını paylaşan aparıcı sevincini izləyiciləri ilə bölüşüb: "Nişanlım azərbaycanlıdır. O da mənim kimi ABŞ-da yaşayır. Uzun illərdir tanışıq, amma sevgili kimi bir neçə ay bundan əvvəl görüşməyə başladıq. Hər zaman deyirdi ki, "Sən mənim olacaqsan". Buna ciddi yanaşmırdım. Bir ay əvvəl evlilik təklifi aldım. Toyumuz ancaq Amerikada olacaq. Məclisdə iştirak etmək istəyən dostlarım bura gəlmək məcburiyyətindədir. Toyu bu ilin sonunda etməyi düşünürük. Dəbdəbəli məclis planlaşdırmıram. Toy sadə və yaxın dostlarımın əhatəsində olacaq. Mən xoşbəxtəm".
Şəkilləri böyütmək üçün klikləyin:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре