Qubada qəza: 2 nəfər yaralandı

Day.Az представляет новость на азербайджанском языке.

Bu gün günorta saatlarında Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

RTV (Region TV) xəbər verir ki, qəza Quba-Xaçmaz yolunun Alekseyevka kəndi ərazisində qeydə alınıb. Quba rayon sakiniYusif Nöhbalayevin idarə etdiyi "Nissan" markalı avtomaşınla "VAZ 21 015" markalı nəqliyyat vasitəsi toqquşub.

Qəza nəticəsində "VAZ 21 015"-də olan iki nəfər müxtəlif bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.