Emanuel Ebue çətin vəziyyətdə

Day.Az представляет новость на азербайджанском языке

Ötən mövsümün sonunda "Qalatasaray"dan ayrılan Emanuel Ebue özünə klub tapa bilməyib.

Qol.az xəbər verir ki, 32 yaşlı müdafiəçi formadan düşməmək üçün Türkiyə həvəskarlar liqasında çıxış edən "Yaşılköyspor"da məşq edir.

Klub prezidenti Bektaş Yıldız Ebueni komandalarında görmək istədiklərini deyib: "Belə bir futbolçunu kim istəməz? Şərtlərimiz üst-ütsə düşsə, qışda onunla müqavilə imzalayacağıq".

Kot-d`İvuardan olan futbolçu 2011-ci ildə "Arsenal"dan "Qalatasaray"a transfer olunmuşdu.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.