Bayramlarını iş başında keçirən qadınlar

Day.Az представляет новость на азербайджанском языке.

Onların bayramı olmasına baxmayaraq, 8 mart gününü iş başında keçirən xanımlarımız az deyil.

Müxtəlif peşə sahələrində olmalarına baxmayaraq bu gün əhalinin xidmətində duran qadınlar üçün də bayramdır. Kəpəz TV-nin (Region TV) əməkdaşı onlardan bir neçəsinin iş prosesinə bələdçilik edib.  
Nurlana Mirzəyeva - əməliyyatçı: "32 ildir ki, mən mərkəzi poçt şöbəsində əməliyyatçı işləyirəm. Hər il dəfə 8 mart qeyri-iş günü olsa da, biz iş başında olmuşuq. 8 mart bayramı olmasına baxmayaraq biz müştərilərimizə xidmət göstəririk". 

Gəncə Regional poçt filialında çaılışan Nurlana Mirzəyeva kimi daha 8 xanım həmkarı martın 8-i iş başında olur və poçt xidmətlərindən yararlanmağa çalışan şəhər sakinlərindən sifarişləri, eləcə də təbrikləri qəbul edirlər. Poçtda çalışanlardan fərqli olaraq təcili tibbi yardımın qadın işləri bu gün əhalinin sağlamlığının keşiyində durur. Onlar da öz bayramlarını daim işlədikləri yerdə qeyd edir. Növbəlilik rejiminə, əsasən, səhərdən gecəyədək.      

Sevda Kazımova - tibb bacısı: "Artıq 5 ildir ki, mən Təcili Tibbi Yardım Stansiyasında işləyirəm. Üçüncü ildir ki, işim 8 mart gününə təsadüf edir. Qeyri-iş günü olmasına baxmayaraq biz işləyirik. Öz vəzifəmizi yerinə yetiririk". 
Sevda Kazımova ilə yanaşı Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 40-a yaxın xanım tibb işçisi çağırışlara gedərək, əhaliyə xidmət edir. 
Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının mərkəzlə birlikdə şəhərin müxtəlif ərazilərində 4 filialı fəaliyyət göstərir. Bu filiallarda gün ərzində təxminən 80 tibb işçisi xidmət edir ki, bunların da 60-ı qadınlardır. 
Bu, 8 martı iş yerində qeyd edən qadınların bir neçəsi idi. Nurlana Mirzəyeva, Sevda Kazımova kimi bir çox kollektivlərdə çalışan xanımlarımız da bu gün öz evləridə, doğmalarının yanında deyil, məhz iş başındadırlar. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.