Sumqayıtda dəhşətli qəza: 6 nəfər öldü

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıt şəhərində ağır yol qəzası baş verib.

Day.Az Trend-ə istinadən bildirir ki, yol qəzası avqustun 30-da saat 22:20 radələrində Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 43-cü kilometrliyində, H.Z.Tağıyev qəsəbəsində baş verib.

Belə ki, "Volkswagen Passat" markalı "99-DZ-632" dövlət nömrə nişanlı avtomobil "Lada 110" markalı "60-BS-663" dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə vaxtı hər avtomobildə 3 nəfər olub. Qəza nəticəsində avtomobillərdə olan 6 nəfərin hamısının həlak olduğu bildirilir. Hadisə yerində 3 təcili tibbi yardım briqadası gəlib.

Hadisəyə səbəb kimi "Volkswagen Passat"ın Qubadan Bakı istiqamətində hərəkət edən "Lada 110" markalı avtomobilin yoluna çıxması göstərilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.