Sərnişinlərə xoş xəbər

Day.Az представляет новость на азербайджанском языке

Bakıda hələ 2012-ci ildə dayanacaqlara quraşdırılmış monitorlar yenə gündəmə gəlib. Buna səbəb həmin tabloların yaxın günlərdə fəaliyyətə başlayacağına dair Bakı Nəqliyyat Agentliyindən verilən açıqlamadır. Bu xəbər isə sərnişinləri sevindirib.

Paytaxtdakı avtobus dayanacaqlarında quraşdırlan informasiya monitorları yenidən işə düşür. Monitorlar Bakı Nəqliyyat agnentliyi tərəfindən işə salınıb və yeni sistem sınaqdan keçirilir.

Şəhərin əksər hissəsindəki dayancaqlarda işlək vəziyyətdə olan belə tabloların görünüşü dəyişib və günün bəzi saatlarında avtobusların intervalı da göstərilir.

Yeni sistem işə düşdükdən sonra üstəlik avtobusların sürətinə də nəzarət etmək mümkün olacaq.

Bütün bu yeniliklərin yaxın dövrdə tam işə salınması nəzərdə tutulur. Avtobuslarda və dayancaqlarda Nəqliyyatın İntellektual İdarə edilməsi sistemi çərçivəsində hələ 2012-ci ildə qurulan bu sistemdən sərnişinlər hələ də tam faydalana bilmir.

Day.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sərnişinlərə sevindirici xəbər