Kredit götürən şəxs dünyasını dəyişib, sığorta şirkəti ödəniş etmir

Day.Az представляет новость на азербайджанском языке

Kredit götürən kişi dünyasını dəyişib, sığorta şirkəti ödənişi həyata keçirmir. Üstəlik, bank həmin kişinin oğluna atasının borcunun 50 %-ni ödəyəcəyi təqdirdə kreditin bağlanacağını təklif edib.

Cəlilabad rayon sakini Ramil Sadıqlının atası Qasım Sadıqov bir müddət əvvəl banklardan birindən 550 manat kredit götürüb. Mövcud kreditin bir aylıq ödənişini etdikdən sonra Qasım Sadıqov dünyasını dəyişib. Daha sonra bankdan mərhumun oğluna atasının kredit borcunun olması ilə bağlı məlumat verilib. 

Ramil Sadıqlı müqaviləni oxuyarkən məlum olub ki, mərhum atasının götürdüyü kredit sığortalanıb. Həttan bundan ötrü atası sığorta təşkilatına müəyyən məbləğ də ödəyib. 

Bank isə mərhumun oğluna kredit məbləğinin 50 faizini güzəştə gedərək digər 50 faizinin ödəməsi barəsində anlaşma təklif edib. Hətta Ramil Sadıqlıdan bu barədə ərizə də alınıb. 

İndi Ramil Sadıqlı məsələyə aydınlıq gətirmək üçün məhkəməyə müraciət edəcək.

Day.Az xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Kredit götürən şəxs dünyasını dəyişib, sığorta şirkəti ödəniş etmir