Keçmiş əri Alla Puqaçovanın çılpaq şəklini paylaşdı – FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Rusiya şou-biznesinin hegemon siması Alla Puqaçova bu ilin oktyabr ayında "Yeni dalğa" festivalında səhnəyə dönüşünü qeyd edəcək. Bu münasibətlə onun adı yenidən mətbuatda hallanmağa başlayıb.

Publika.az xəbər verir ki, əfsanəvi sənətçinin keçmiş həyat yoldaşı, müğənni Filipp Kirkorov Puqaçovanın ətrafında daha çox ajiotaj yaratmaq üçün maraqlı yol seçib. O, keçmiş xanımının çılpaq şəklinin əks olunduğu rəsm əsərini paylaşıb.

Rəsm əsərində Alla Borisovna tamamilə çılpaqdır. Şəkilə Kirkorov belə bir şərh əlavə edib: "Nəhayət, arzulanan rəsm əsəri ilə təsadüfi görüş. Bu rəsm əsəri 20 il bundan əvvəl itib. Gözlənilməz..."