Kənddə yerləşən evdən 14500 manat oğurlandı

Göyçayda oğurluq etmiş şəxs tutulub.

Day.Az Publika.az-a istinadla xəbər verir ki, Göyçay RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 8-də Mırtı kəndindəki evlərin birindən 14 500 manat pul oğurlamaqda şübhəli bilinən kənd sakini E.Abseyidov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.