Hansı rəng avtomobillər daha tez çirklənir?

Day.Az gent.az-a istinadən xəbər verir ki, üzərində günəş işığı oynayan təmiz avtomobildən gözəl bir şey olmadığı kimi, yuyulandan artıq yarımsaat sonra üzərində toz və palçıq görünən "dəmir atdan" pis şey yoxdur. Hansı rənglər palçığı və bu dünyanın qeyri-mükəmməlliyini daha yaxşı gizlədir? Hansı çalarlardan qaçmaq lazımdır? Qaliblərdən başlayaq və məğlubla bitirək. 

5. Ağ 

Ağ rəngin bu siyahıya düşməsi olduqca maraqlıdır. Çünki bu rəng üzərində istənilən çirk və natəmizlik üzə çıxır?! Əgər sən ağır yük maşınları tərəfindən məhv edilmiş palçıqlı qrunt yolu ilə gəzirsənsə, istənilən maşın palçıq torbasına dönür. Lakin adi ekspluatasiya şəraitində, yəni mümkün qədər quru və isti havada ağ rəng vizual olaraq toz və palçıq qatını gizləmək qabiliyyətinə malikdir. Başqa sözlə, qıraqdan nəzər saldıqda avtomobil olduğundan daha təmiz görsənir. Lakin ağın mənfi tərəfi - təkərlərə yapışmış palçığın izləridir. Bu qara kontur əsas mənzərəni pozur.

4. Açıq göy

Avtomobil ideal şəkildə təmiz olduqda elə də parlaq təəsürat yaratmasa da, yuyulandan bir həftə sonra belə baxımlılıq təsəvvürü sərgiləyir. Bu müsbətdir. Açıq göy iqlim baxımından da yaxşı seçimdir. Yay aylarında bu rəngə malik ban o qədər də qızmır. 

3. Açıq boz

Sözdə bu rəng çox sıxıcı görünür. Həqiqətən də boz rəng hər maşına yaraşmır. Lakin bir avtomobilə yaraşdısa, onu əsl "yaraşığa" döndərir. Əsas iş təkərləri düz seçməkdir. Həm də praktik olmaq. Barmağınla yoxlamadıqca, boz banda yol tozu gözə çarpmır

2. Gümüşü

Açıq bozun bütün müsbət tərəfləri gümüşüdə mütləq universallıq dərəcəsinədək yüksəlir. Dünyada mövcud olan avtomobillərin 99% snəcib metalın soyuq texnoloji çalarında çox möhtəşəm (ən azı yaxşı) görünürlər. Həmçinin bu rəng kiçik cıqızları, sürtülmüş yerləri ideal şəkildə gizlədə bilir. Təəcüblü deyil ki, gümüşü rəngində olan avtomobili maşın bazarında digərləri ilə müqaisədə satmaq daha asandır. 

1. Açıq qəhvəyi

Gümüşü rəngin bütün müsbət tərəflələrinə baxmayaraq, bir dənə qalib ola bilər. Və bizim qalibimiz açıq qəhvəyidir. Rəngin adı xoşuna gəlmirsə, onu başqa cür çağıra bilərsən. Məsələn şampan şərabı rəngi. Adını nə qoyursan qoy, mahiyyət ondan ibarətdir ki, palçıq, toz, qurumuz yaxış damcıları bu rəngin üzərində möcüzəvi şəkildə yox olur. Hər bir halda, açıq qəhvəyi rəng bu dünyanın qeyri-mükəmməlliyini başqalarında daha ustacasına gizlədə bilir. Məntiqi olaraq da, son zamanlar bu rəng populyarlıq qazanmağa başlayıb.

Qalibdən məğluba...

İndi isə, söz verdiyimiz kimi məğlub rəng haqda söz açacayıq. Şübhəsiz ki, söhbət qara rəngdən gedir. Təəsüf ki, nəciblik və klassika rəngi yalnız sofitlərin şüaları altında və ya yuyulmadan indicə çıxan avtomobildə gözəldir. Hətta nazik toz qatı meşin tək banın üzərində hopur. Qara emal ən kiçik cızıqları belə gözə çarpdırır. 

Qara avtomobildə banın təmirini gizlətmək müşkül məsələdir. Və ən əsası, qara rəng günəşdə dəhşət dərəcədə qızır və salonu fərdi cəhənnəm otağına döndərir. Əgər gümüşü maşına baxmasan da eybi olmaz, qara səni yorub usandırar. Bu sənə lazımdır?