"Evlilik hakkında her şey" bu tarixdə final edəcək

Türkiyənin "Fox" kanalında yayımlanan "Evlilik hakkında her şey" serialının final tarixi bəlli olub.

Day.Az axşam.az-a istinadən bildirir ki, reytinqlərdə geriləyən ekran işi mayın 31-də 33-cü bölümüyülə izləyicilərə vida edəcək.

Qeyd edək ki, serialın baş rollarını Gökçe Bahadır, Barış Kılıç, Sumru Yavrucak, Gökçe Eyüboğlu, Tülin Ece, Serkan Altunorak, Erdal Küçükkömürcü, Bertan Asllani və Alara Turan paylaşır.