“Açın qulağınızı, eşidin, bəzi sözbazlar"

Şəbnəm Tovuzlunun İranda Xanım Məsumənin məqbərəsini ziyarət edərkən çəkdirdiyi baş örtüklü görüntüləri sosial şəbəkədə müzakirə yaradıb.

Day.Az xəbər verir ki, izləyicilərin əksəriyyəti İranda hicaba etiraz əlaməti olaraq aksiyaların davam etdiyi vaxtda onun bu addımını tənqid edib.

Sənətçi məsələ ilə bağlı sosial şəbəkə hesabından açıqlama paylaşıb:

"Açın qulağınızı, eşidin, bəzi sözbazlar. Görürəm ki, mənim Məşəd ziyarətim sizləri çox narahat edib. Və Təbrizdə yaşayan bəzi ağıldan kəm olanlar... Mən sənətçiyəm və qəlbimdə arzularım olub ki, ziyarət edim buranı. Yaxşı da etmişəm. Xalqımı, dövlətimi sevən bir xanımam.