Prezidentliyə namizədin qeydə alınması üçün sənədlər yanvarın 8-dək təqdim edilməlidir

Nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına nə zaman təqdim ediləcəyi açıqlanıb.

Day.Az-ın məlumatına görə, bu, Mərkəzi Seçki Komissiyasının təsdiqlədiyi "Növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planı"nda əksini tapıb.

Bildirilib ki, Prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi 2023-cü il dekabrın 19-dan 2024-cü il yanvarın 8-i saat 18.00-dək zəruri olan seçki sənədlərinin Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir.