Tanınmış qarmon ifaçısı VƏFAT ETDİ

Tanınmış qarmon ifaçısı, Əməkdar artist Gülbahar Şükürlü vəfat edib.

Trend-in məlumatına görə, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Qeyd edək ki, 62 yaşlı tanınmış qarmon ifaçısı uzunsürən xərçəng xəstəliyindən sonra bu gün vəfat edib.

Onun yaradıcılıq dövrü ərzində "Aytac", "Rusif", "Ləman" və "İnanmaram" adlı 4 albomu işıq üzü görüb. 7 mart 2009-cu il Azərbaycan Respublikasında mədəniyyət sahəsində xidmətlərinə görə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.