Sumqayıtda yataqxanadakı yanğın SÖNDÜRÜLDÜ - YENİLƏNİB
01:21
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.
Bu barədə Day.Az-a FHN-in Mətbuat xidmətindən bildirilib.
01:02
Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Day.Az bu barədə FHN-in Mətbuat xidmətinə istinadən xəbər verir.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
Qeyd edək ki, 17.01.2023-cü il tarixində saat 22:50 radələrində Sumqayıt Dövlət Texniki Kollecin yataqxanasında başlayan yanğınla əlaqədar Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Stansiyasının dərhal 3 briqadası hadisə yerinə cəlb edilib.
Bildirilir ki, 1954-cü il təvəllüdlü şəxs (kişi cinsli) "Digər qazların toksiki təsiri" diaqnozu ilə orta ağır vəziyyətdə hospitalizasiya olunub.
"1981-ci il təvəllüdlü (kişi cinsli) və 1961 -ci il təvəllüdlü (qadın cinsli) şəxslərə "Digər qazların toksiki təsiri" diaqnozu ilə yerində yardım olunub. Durumları kafidir.
2 nəfər qadına isə "Stresə qarşı kəskin reaksiya" diaqnozu ilə yerində yardım olunub.
Briqadalar hazırda hadisə yerindədir"- məlumatda qeyd edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре