Rəsulzadənin məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülüb - FOTO
Azərbaycanın Türkiyədəki səfirliyi tərəfindən Məhəmməd Əmin Rəsulzadənin Ankara şəhərinin Cəbəci Əsri məzarlığında yerləşən məzarının abadlaşdırılması istiqamətində kompleks işlər görülüb. Abadlaşdırma işləri Azərbaycan Prezidenti İlham Əliyevin "Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında" Sərəncamı çərçivəsində aparılır.
Trend-in məlumatına görə, bu barədə səfirlik məlumat yayıb.
Bildirilib ki, kompozisiyada dəyişiklik edilmədən məzar kompleksinin üzlük daşları daha keyfiyyətli materialla əvəzlənib, solmuş yazılar və bayraq dirəkləri yenilənib, həmçinin məzara gedən yol təmir olunub.
Abadlıq işlərinin başa çatmasının ardından Məhəmməd Əmin Rəsulzadənin vəfatının ildönümü ərəfəsində Azərbaycanın Türkiyədəki səfirliyinin kollektivi görkəmli ictimai-siyası xadimin məzarını ziyarət edərək xatirəsini hörmətlə anıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре