Azərbaycanlı gənc Rusiyada qəzada öldü

Zaqatalalı gənc Rusiyada yol qəzasında ölüb.

Day.Az xəbər verir ki, Zaqatalanın Yuxarı Tala kənd sakini, 27 yaşlı Mehdiyev Kənan Bəhram oğlu Rusiyada yol qəzasına düşüb. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.

Mərhumun nəşi bu gün Azərbaycana gətirilərək doğulduğu Zaqatala rayonunda torpağa tapşırılacaq.

Milli.Az lent.az-a istinadən qəzanın baş vermə anının videosunu təqdim edir: