Tanınmış jurnalisti maşın vurdu

Jurnalist Samirə Əşrəfi avtomobil vurub.

Day.Az lent.az-a istinadla bildirir ki, hadisə jurnalist evdən çıxıb işə gedərkən baş verib.

Hadisə zamanı o, dizlərindən və qaşından yaralanıb, hazırda Kliniki Tibbi Mərkəzdə müayinə olunur.

Samirə Əşrəfova yaralarının ciddi olmadığını və müayinədən sonra evə buraxılacağını bildirib.