https://news.day.az/azerinews/1669596.html
Balıq tutmağa gedən 6 yaşlı uşaq yoxa çıxdı
Ağdaş rayonunda azyaşlı itkin düşüb. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib. Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb. Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb.
Balıq tutmağa gedən 6 yaşlı uşaq yoxa çıxdı
Ağdaş rayonunda azyaşlı itkin düşüb.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax yolunun 241-ci kilometrliyi yaxınlığında baş verib. Həmin ərazidəki Ləki kanalına balıq tutmağa gedən 2018-ci il təvəllüdlü Adəm Musayev geri qayıtmayıb.
Yaxınları bildirib ki, Adəm günorta saatlarında itkin düşüb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis və digər aidiyyəti qurumların əməkdaşları azyaşlının tapılması istiqamətində axtarış aparır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре