Bakıda fərdi yaşayış evində baş verən yanğın söndürülüb

22:03

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Nizami rayonu, Q.Qarayev prospekti, Məmmədəli Şərifli küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının hər mərtəbəsi 170kv.m. olan mansard tipli ikimərtəbəli fərdi yaşayış evində baş verdiyi, yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən yaxınlıqdakı tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində fərdi yaşayış evinin mansardı və 40kv.m sahədə ikinci mərtəbənin bir otağı yanıb.

Evin böyük hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.

21:02

Paytaxtın Nizami rayonu, Q.Qarayev prospektində fərdi yaşayış evində yanğın baş verib.

Day.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə məhdudlaşdırılıb.