Bakı metrosunda qatar yoluna düşən gəncin kimliyi bilindi

Bakı metrosunun "Ulduz" stansiyasında özünü qatarın altına atan şəxsin kimliyi bilinib.

Day.Az lent.az-a istinadən bildirir ki, həmin şəxs Qusar rayon sakini 20 yaşlı İlkin Əmirəliyevdir.

Onun hansı səbəbdən özünü qatarın altına atması isə hələlik bəlli deyil.

Hazırda Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.