Binəqədidə yerdən çıxan neft hardan gəlir?

Xəbər verdiyimiz kimi, ötən gün sosial şəbəkələrdə Binəqədi rayonu Cil kəndində yerin altından neftin çıxdığı iddia edilməsi ilə bağlı vido yayılmışdı. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, kənd sakini son zamanlar torpaq səthində neft ləpirinin göründüyünü və bunun təbii neft olduğunu düşündüklərini bildirib.

Hadisə ilə bağlı İcra Hakimiyyəti rəsmi açıqlama verərək bildirib ki, əraziyə baxış keçirilib. Yanvarın 6-da birinci mədənin 5-ci sahəsində quyunun xəttində sızma baş verib.

"Həmin sızma nəticəsində Binəqədi Oil şirkəti tərəfindən təcili olaraq aradan qaldırılıb.

Qeyd olunan ərazi şirkətin mədən ərazisidir, ətrafda yaşayış məntəqələri yoxdur. Sakinlərin digər problemləri isə araşdırılacaq".