https://news.day.az/azerinews/1722913.html
Azərbaycan TANAP-la nə qədər qaz nəql edib? - FOTO
Ötən il Azərbaycandan xaricə qaz satışının həcmi məlum olub. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Ötən ilin yanvar - dekabr aylarında təxminən Avropaya 12,9 mlrd.m3, Türkiyəyə 9,9 mlrd.m3, Gürcüstana isə 2,4 mlrd.m3 qaz ixrac olunub.
Azərbaycan TANAP-la nə qədər qaz nəql edib? - FOTO

Ötən il Azərbaycandan xaricə qaz satışının həcmi məlum olub.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Ötən ilin yanvar - dekabr aylarında təxminən Avropaya 12,9 mlrd.m3, Türkiyəyə 9,9 mlrd.m3, Gürcüstana isə 2,4 mlrd.m3 qaz ixrac olunub.
Bu dövrdə TANAP-la Türkiyəyə 5,6 mlrd.m3 qaz nəql edilib. Ötən il xaricə qaz satışı 2023-cü illə müqayisədə təqribən 5,8 % çoxdur", - deyə paylaşımda qeyd olunub.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре