https://news.day.az/azerinews/1732147.html
AYNA velosiped parkinqləri üçün 1,1 milyonluq konstruksiyalar alır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosipedlərin parklanması üçün konstruksiyalar (quraşdırma daxil) alır. Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı agentlikdə müvafiq işlər start götürüb.
AYNA velosiped parkinqləri üçün 1,1 milyonluq konstruksiyalar alır
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) velosipedlərin parklanması üçün konstruksiyalar (quraşdırma daxil) alır.
Trend-in əldə etdiyi məlumata görə, artıq bununla bağlı agentlikdə müvafiq işlər start götürüb.
Alınacaq konstruksiyaların materialının paslanmayan metal ( nikel) olması və paslanma ilə bağlı 2 illik zəmanət verilməsi əsas şərtlərdəndir.
Eyni zamanda, bildirilir ki, hər konstruksiya 4 anker ilə yerə bərkidilməlidir. Bundan başqa, 1 konstruksiyada 5 velosipedin parklanması nəzərdə tutulur (5 yerlik).
AYNA sözügedən işlərin icrasının 1,1 milyon manata başa gələcəyini ehtimal edir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре