https://news.day.az/azerinews/1751229.html
AZAL-ın Moskvaya iki reysi təxirə salınıb
"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinin Bakıdan Rusiyanın Moskva şəhərinə planlaşdırılan J2-181 ("Domodedovo" aeroportu) və J2-807 ("Vnukovo" aeroportu) nömrəli reysləri sözügedən marşrutun müəyyən hissələrində məhdudiyyətlərin hələ də tətbiq edilməsi səbəbindən təxirə salınıb.

Bu barədə Day.AZ-a AZAL-ın mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, AZAL uçuşların təhlükəsizliyini rəhbər tutaraq vəziyyəti diqqətlə izləməyə davam edir və sərnişinləri yeniliklər barədə məlumatlandıracaq.
"Əlavə suallar yaranarsa, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər", - deyə AZAL-dan bildirilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре