https://news.day.az/azerinews/1754191.html
Çex Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib
Çex Respublikasının Prezidenti Petr Pavel Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Zati-aliləri. İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.
Çex Respublikasının Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Çex Respublikasının Prezidenti Petr Pavel Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:
"Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və ölkənizin xalqına ən səmimi təbriklərimi çatdırım.
Çex Respublikası Azərbaycan Respublikası ilə qarşılıqlı münasibətlərin səviyyəsini, eləcə də əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində ortaq maraqlarımızı yüksək qiymətləndirir.
Zati-aliləri, Sizə möhkəm cansağlığı və uğurlar arzulayıram".
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре