Cərimə ödəyənlərin NƏZƏRİNƏ - 10 faiz güzəşt ediləcək
.jpg)
Bütün inzibati xətalara görə inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud Məcəllənin bəzi maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.
Həmçinin, ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilir.
Qanun layihəsinə əsasən, inzibati cərimə növündə inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində icra edilərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azadolma tətbiq ediləcək.
Bundan əlavə, inzibati cərimə ödəniş kartı və digər ödəmə alətləri vasitəsilə ödəniləcək. Cərimənin ödənilməsi qaydası barədə müvafiq məlumat inzibati xətanı törətmiş şəxsə Məcəlləyə uyğun olaraq veriləcək. İnzibati cərimənin ödənilməsi ilə əlaqədar məlumatlar real vaxt rejimində elektron qaydada səlahiyyətli orqanların informasiya sistemlərinə və "İCMAL" informasiya sisteminə göndəriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре