Azərbaycanda DƏHŞƏT - bir evdən 4 meyit tapıldı - ADLAR

Sabirabad rayonunun Muğan Gəncəli kənd sakini, 1956-cı il təvəllüdlü İmanova Bahar Niyaz qızına məxsus, ümumi sahəsi 240 kv. metr olan fərdi yaşayış evi yanıb.
Bu gecə fərdi yaşayış evində baş verən yanğın zamanı həlak olan şəxslərin kimliyi məlum olub.
Day.Az Milli.Az-a istinadən xəbər verir ki, onlar bir ailənin üzvləridir - 1989-cu il təvəllüdlü Tural Ağasəf oğlu İmanov, 2002-ci il təvəllüdlü Səfalı Rövşən qızı İmanova, 2020-ci il təvəllüdlü Osmanbəy Tural oğlu İmanov və 2024-cü il təvəllüdlü Esma Tural qızı İmanovadır.
Yanğın hadisəsi gecə saatlarında baş verib. T.İmanov fərdi təsərrüfatla məşğul olub.
Hadisənin hansı səbəbdən baş verməsi araşdırılır.
***
Sabirabad rayonunun Muğan Gəncəli kəndində fərdi yaşayış evində yanğın olub.
Day.Az bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadla xəbər verir.
İlkin məlumata görə, yanğın ikimərtəbəli fərdi yaşayış evində baş verib. Hadisə yerinə cəlb olunan nazirliyin yanğından mühafizə qüvvələri evdə dörd nəfərin meyitini aşkar ediblər.
Yanğın söndürülüb, ətrafda olan tikililər yanğından mühafizə olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре