https://news.day.az/azerinews/1758646.html
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Day.Az-in məlumatına görə, bu barədə QSC-nin "Facebook" hesabında məlumat verilib. Bildirilib ki, 5 iyunda Bakı-Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.
ADY bayram günlərində gücləndirilmiş rejimdə fəaliyyət göstərir

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Qurban bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Day.Az-in məlumatına görə, bu barədə QSC-nin "Facebook" hesabında məlumat verilib.
Bildirilib ki, 5 iyunda Bakı-Balakən qatarına tələbata uyğun olaraq əlavə 8 vaqon qoşulub.
"Gecə qatarı ümumilikdə 13 vaqon olmaqla 100% doluluqla (530 sərnişin) yola düşüb.
Qeyd edək ki, həftəiçi Bakı-Balakən-Bakı qatarı bir istiqamət üzrə 5 vaqon olmaqla orta hesabla 110 sərnişinə xidmət edir.
Artan sərnişin tələbatı nəzərə alınaraq 6-9 iyun tarixlərində Bakı-Ağstafa-Bakı və Bakı-Qəbələ-Bakı xətləri üzrə də əlavə reyslər təyin edilib", - deyə məlumatda qeyd edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре