Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasında işlər nə yerdədir?

Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri-Mincivan sahəsində qalereyanın tikintisi üzrə işlərin əsas hissəsi başa çatdırılıb.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq " Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, qalereya dəmir yolunu dağlardan düşə biləcək qaya parçalarından mühafizəsi üçün layihələndirilib.

"Uzunluğu 144 m-dir. Konstruksiyası monolit dəmir-betondur. Azərbaycanın müstəqilliyi dövründə inşa olunan ilk dəmir yolu qalereyasıdır",-deyə bildirilib.