https://news.day.az/azerinews/1773830.html İraqda iranlıların avtobusu aşıb: ölənlər və yaralananlar var İraqda Bəsrə-Şələmçə magistral yolunda iranlı zəvvarları aparan avtobus yol kənarı maneəyə toxunaraq aşıb. Day.Az-ın məlumatına görə, bunu Xuzistan vilayəti Abadan Tibb Elmləri Universitetinin Təcili Yardım İdarəsinin rəhbəri Yasin Əfra yerli mediaya açıqlamasında deyib.

İraqda iranlıların avtobusu aşıb: ölənlər və yaralananlar var

Azərbaycanca, 13 августа 2025 10:27 (UTC +04:00) 459
İraqda iranlıların avtobusu aşıb: ölənlər və yaralananlar var

İraqda Bəsrə-Şələmçə magistral yolunda iranlı zəvvarları aparan avtobus yol kənarı maneəyə toxunaraq aşıb.

Day.Az-ın məlumatına görə, bunu Xuzistan vilayəti Abadan Tibb Elmləri Universitetinin Təcili Yardım İdarəsinin rəhbəri Yasin Əfra yerli mediaya açıqlamasında deyib.

 

Onun sözlərinə görə, qəza nəticəsində 4 nəfər ölüb, 57 nəfər xəsarət alıb.

İranlı rəsmi qeyd edib ki, yaralıların gətirilməsi məqsədilə Abadan rayonundan 3 təcili yardım avtobusu və 8 təcili yardım maşını ezam olunub və yaralılar gətirilərək 3 xəstəxanada yerləşdirilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости