https://news.day.az/azerinews/1777216.html Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) və Gənclər və İdman Nazirliyinin (GİN) birgə təşkilatçılığı əsasında 2-3 sentyabr tarixlərində akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.

Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Azərbaycanca, 30 августа 2025 17:36 (UTC +04:00) 373
Avarçəkmə üzrə Azərbaycan çempionatı keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) və Gənclər və İdman Nazirliyinin (GİN) birgə təşkilatçılığı əsasında 2-3 sentyabr tarixlərində akademik avarçəkmə, kayak və kanoe üzrə Azərbaycan çempionatı keçiriləcək.

Day.Az xəbər verir ki, Mingəçevir şəhərində yerləşən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq yarışda Bakı və Mingəçevirdən olan 100-dən artıq idmançı mübarizə aparacaq.

 

Ölkə çempionatında avarçəkənlər akademik avarçəkmə və kayak növündə 1 və 2 nəfərlik, kanoe növündə isə 1 nəfərlik qayıqlarda güclərini sınayacaqlar.

Qeyd edək ki, Azərbaycan çempionatı sentyabr-oktyabr aylarında baş tutacaq 3-cü MDB Oyunlarına test və hazırlıq xarakteri daşıyır. Həmçinin, bu turnirdə fərqlənən avarçəkənlər MDB Oyunlarında iştirak edəcəklər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости