https://news.day.az/azerinews/1777223.html Bakıda bəzi yollar müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün qismən məhdudlaşdırılacaq 30 avqust saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış "Formula 1" yarışları bitənədək nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılacaq.

Bakıda bəzi yollar müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün qismən məhdudlaşdırılacaq

Azərbaycanca, 30 августа 2025 18:48 (UTC +04:00) 417
Bakıda bəzi yollar müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün qismən məhdudlaşdırılacaq

30 avqust saat 22:00-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış "Formula 1" yarışları bitənədək nəqliyyatın hərəkəti üçün məhdudlaşdırılacaq.

Day.Az xəbər verir ki, məhdudiyyətlər 19-21 sentyabr tarixlərində keçiriləcək "Formula 1" Qatar Airways Azərbaycan Qran-Prisi 2025-ə hazırlıq çərçivəsində şəhərin mərkəzi küçə və prospektlərində aparılan quraşdırma və infrastruktur işləri ilə bağlıdır. Qeyd edək ki, məhdudiyyətlər mərhələli şəkildə tətbiq ediləcək və yarış ərəfəsində digər küçə və prospektlərdə də müəyyən dəyişikliklər olacaq.

 

Sürücülərdən hərəkət zamanı alternativ marşrutlardan istifadə etmələrini xahiş olunur.

Bakı Şəhər Halqası yaranmış vəziyyətə görə şəhər sakinlərinin göstərdiyi anlayışa görə öncədən təşəkkürünü bildirir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости