https://news.day.az/azerinews/1783288.html Azərbaycan və Qambiya arasında Anlaşma Memorandumunu imzalanıb - FOTO Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qambiyanın xarici işlər naziri Sering Modou Njie ilə görüşüb. Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Azərbaycan və Qambiya arasında Anlaşma Memorandumunu imzalanıb - FOTO

Azərbaycanca, 25 сентября 2025 20:21 (UTC +04:00) 282
Azərbaycan və Qambiya arasında Anlaşma Memorandumunu imzalanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Qambiyanın xarici işlər naziri Sering Modou Njie ilə görüşüb.

Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Azərbaycan və Qambiya arasında ikitərəfli əməkdaşlığın, xüsusən də BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində perspektivli potensialını vurğulayıb, ortaq çağırışların həll edilməsi və qarşılıqlı maraqların təşviqi üçün bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd ediblər.

Görüşdə, həmçinin, Azərbaycan və Qambiya arasında iqtisadi və mədəni əlaqələri gücləndirməyə yönəlmiş yeni təşəbbüslərin və əməkdaşlıq mexanizmlərinin irəlilədilməsinin əhəmiyyəti xüsusi olaraq vurğulanıb.

Tərəflər görüş zamanı Azərbaycan Xarici İşlər Nazirliyi ilə Qambiya Xarici İşlər, Beynəlxalq Əməkdaşlıq və Xaricdə Yaşayan Qambiyalılar Nazirliyi arasında Siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumunu imzalayıblar.

  • Azərbaycan və Qambiya arasında Anlaşma Memorandumunu imzalanıb

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости