Biləsuvar GES-in birinci panelinin quraşdırılması mərasimi keçirilib

Biləsuvar rayonunda inşa edilən 445 MVt gücümdə Günəş Elektrik Stansiyasında birinci panelin quraşdırılması nərasimi keçirilib.

Day.Az Trend-in sözügedən rayona ezam olunmuş müxbirinə istinadən xəbər verir ki, açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qurbanov, "AREA"nın direktoru Cavid Abdullayev, "Azərenerji" ASC-nin sədr müavini Rüstəm Qasımov, "Masdar" şirkətinin baş əməliyyat direktoru Əbdüləziz Alobaidli, "SOCAR Green"nin Baş direktoru Elmir Musayev çıxış ediblər.

Rəsmi çıxışlardan sonra VIP qonaqlar simvolik olaraq günəş panelinin quraşdırılmasında iştirak edib, xatirəvi panelləri imzalayıblar.

Tədbirdə həmçinin Energetika Nazirliyi və Biləsuvar Rayon İcra Hakimiyyətinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, ümumi sahəsi 1400 hektar olan Biləsuvar GES-də Çinin "JA Solar" şirkətinin istehsalı olan, hər iki üzü elektrik enerjisi istehsal edə bilən 943 mindən çox panelin quraşdırılması nəzərdə tutulur. Gücü 625-630 Vt təşkil edən günəş panelləri mərhələli şəkildə sahəyə gətirilir. Stansiya 8131 ədəd tək oxlu izləmə sistemi ilə təchiz olunacaq. İstismara verildikdən sonra panellərin təmizlənməsi xüsusi qurğular vasitəsilə avtomatik olaraq həyata keçiriləcək. Stansiyanın növbəti il istismara verilməsi planlaşdırılır.