https://news.day.az/azerinews/1785145.html Biz dondurulmuş Rusiya aktivlərinin istifadəsinin müzakirəsində irəliləyiş əldə etmişik - Danimarka baş naziri Biz dondurulmuş Rusiya aktivlərinin istifadəsinin müzakirəsində irəliləyiş əldə etmişik. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Danimarkanın baş naziri Mette Frederiksen "Avropa Siyasi Birliyi"nin 7-ci Sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

Biz dondurulmuş Rusiya aktivlərinin istifadəsinin müzakirəsində irəliləyiş əldə etmişik - Danimarka baş naziri

Azərbaycanca, 2 октября 2025 20:11 (UTC +04:00) 413
Biz dondurulmuş Rusiya aktivlərinin istifadəsinin müzakirəsində irəliləyiş əldə etmişik

Biz dondurulmuş Rusiya aktivlərinin istifadəsinin müzakirəsində irəliləyiş əldə etmişik.

Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Danimarkanın baş naziri Mette Frederiksen "Avropa Siyasi Birliyi"nin 7-ci Sammiti çərçivəsində Ukrayna prezidenti Vladimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

O, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya dəstək üçün istifadəsinə dair müzakirələrin irəlilədiyini, lakin yekun qərarın hələ verilmədiyini bildirib.

"Biz dünən olduğu kimi Şuranın qeyri-rəsmi iclasında bu məsələ ilə bağlı qərar verə bilmərik. Ancaq Kopenhagendə məhz, belə günlərdə müzakirə etmək və mahiyyətini araşdırmaq imkanımız olur. Düşünürəm ki, biz məsələnin müzakirəsində irəliləyiş əldə etmişik, lakin hələ yekun qərara gəlməmişik və bu, görüşlər üçün planın bir hissəsi deyildi. Onların məqsədi siyasi fəaliyyət üçün qərarlar hazırlamaqdır. Bu mənada irəliyə doğru bir addım atmışıq və bu, artıq yaxşı nəticədir", - Frederiksen əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости