Cari ilin 8 ayında haqsız rəqabətə yol verilməsi üzrə ötən dövrlə müqayisədə 2 dəfə artıq müraciətlərə baxılıb - Elnur Bağırov

2025-ci ilin 8 ayında haqsız rəqabətə yol verilməsi üzrə ötən dövrlə müqayisədə 2 dəfə artıq müraciətlərə baxılıb.
Day.Az xəbər verir ki, bu fikirləri Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov bildirib.
O qeyd edib ki, ötən dövrdə 83 təmərküzləşmə əməliyyatı araşdırılıb. Bunlar rəqabət fəallığı nümayiş etdirir.
Agentlik sədri vurğulayıb ki, görülən tədbirlərin məqsədi rəqabəti pozan davranışlardan çəkindirməkdir. Elnur Bağırovun sözlərinı görə, qarşıdakı dövrdə əsas hədəf rəqabət mühitinin gücləndirilməsi, dövlət satınalmalarında çox iştirakçılığın təmin olunması və kiçik və orta sahibkarlığın dəstəklənməsi olacaq:
"Rəqabət mühitinin təmin olunması həm dayanıqlı iqtisadi inkişafı, həm də sənayeləşmə səviyyəsinin yüksəlməsini şərtləndirir. Bu, biznes subyektlərinin gəlirliliyinin artmasına və iqtisadi şaxələndirmənin genişlənməsinə şərait yaradacaq".
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре