https://news.day.az/azerinews/1785346.html Bu xəstəxananın tikintisi üzrə 1,2 milyon manatlıq iş aparılacaq Zəngilan Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə növbəti mərhələ üzrə işlərə başlanılır. Day.Az Trend-ə istinadən xəbər verir ki, 91 çarpayılıq xəstəxananın tikintisinin hazırlığı (müvəqqəti bina və qurğular) ilə bağlı işlər icra ediləcək.

Bu xəstəxananın tikintisi üzrə 1,2 milyon manatlıq iş aparılacaq

Azərbaycanca, 3 октября 2025 15:28 (UTC +04:00) 388
Bu xəstəxananın tikintisi üzrə 1,2 milyon manatlıq iş

Zəngilan Rayon Mərkəzi Xəstəxanasının tikintisi üzrə növbəti mərhələ üzrə işlərə başlanılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, 91 çarpayılıq xəstəxananın tikintisinin hazırlığı (müvəqqəti bina və qurğular) ilə bağlı işlər icra ediləcək.

Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tikilməkdə olan müəssisələrinin müdiriyyəti bununla bağlı müvafiq işlərə başlayıb.

Qurum sözügedən işlərin icrasının 1,212 milyon manata başa gələcəyini proqnozlaşdırıb.

Qeyd edək ki, 2023-cü ilin mayın 4-də Zəngilan Rayon Mərkəzi Xəstəxanasının təməlini qoyulub. Yeni xəstəxananın ümumi ərazisi 4,5 hektardır. 91 çarpayılıq xəstəxananın ərazisində yoluxucu xəstəliklər şöbəsi və bir sıra texniki təyinatlı binalar olacaq. Ən müasir tibbi avadanlıqla təchiz ediləcək xəstəxanada müayinə və müalicə işinin aparılması üçün hər cür şərait yaradılacaq. Beləliklə, doğma yurdlarına qayıdacaq rayon sakinləri bu səhiyyə ocağının istifadəyə verilməsi ilə hərtərəfli tibbi xidmətlə əhatə olunacaqlar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости