Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək

Azərbaycanda dəmir yollarının yaranmasının 145 illik yubileyi münasibətilə Azərbaycan Dəmiryol Muzeyində açıq qapı günləri keçiriləcək.

Day.Az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir.

Məlumata görə, 14-19 oktyabr tarixlərində muzeyə giriş pulsuz olacaq.

 

"Bu fürsətdən siz də yararlanın - muzeydə dəmir yollarının 145 illik tarixinə səyahət edənlərdən olun", - deyə ADY-dən bildirilib