https://news.day.az/azerinews/1790197.html ARDNF qızıl alışını artırıb Bu ilin III rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarını 184,8 tona çatdırıb. Day.Az bu barədə Fonda istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 ton və ya 45,5% çoxdur.

ARDNF qızıl alışını artırıb

Azərbaycanca, 23 октября 2025 11:04 (UTC +04:00) 379
ARDNF qızıl alışını artırıb

Bu ilin III rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) qızıl ehtiyatlarını 184,8 tona çatdırıb.

Day.Az bu barədə Fonda istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 57,8 ton və ya 45,5% çoxdur.

Bu ilin oktyabrın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 32,8% olub ki, bu da iyulun 1-i ilə müqayisədə 4 faiz bəndi çoxdur.

"Qızıl bazarı hesabat dövründə ardıcıl olaraq tarixi maksimum səviyyələri yeniləyərək yüksək gəlirlilik nümayiş etdirib. Qlobal miqyasda davam edən qeyri-müəyyənliklər, mərkəzi banklar tərəfindən həyata keçirilən iri həcmli alışlar və digər mənbələrdən mövcud tələbat qızılın qiymətinin yüksəlməsinə səbəb olub. Nəticə etibarilə, bu amillər Dövlət Neft Fondunun qızıl altportfelinin performansını əhəmiyyətli dərəcədə yaxşılaşdırmış və büdcədənkənar gəlirlərin artımına töhfə verib", - məlumatda vurğulanıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости