Prezident İlham Əliyev: Bugünkü reallıq, bugünkü gün ədalətin təntənəsidir

Bugünkü reallıq, bugünkü gün, o cümlədən ədalətin təntənəsidir.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinlərlə görüşündə bildirib.

Ədalətə inanmaq və onu təmin etmək lazım olduğunu söyləyən dövlətimizin başçısı vurğulayıb: "Bax, bizim xalqımız həm ədalətə inanıb, həm də onu təmin edib. Bu torpaqların sahibləri bizik. Düşməni öz torpaqlarımızdan qovmuşuq və bu gün gözəl həyat qururuq".