Bu rayonlarda görünüş məsafəsi 500 metrədək məhdudlaşır

Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Day.Az-a verilən xəbərə görə, Sumqayıt, Quba, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvarda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır. 

Qeyd edək ki, ölkə ərazisində küləkli və yağıntılı hava şəraiti davam edir.

Yağıntılar bəzi yerlərdə leysan xarakterli və intensivdir.

Yüksək dağlıq ərazilərdə qar yağır, yağan qarın hündürlüyü Qrızda (Quba) 10, Şahdağ və Xınalıqda (Quba) 8, Laza (Qusar) və Kəlbəcərdə 3 sm-dir.