https://news.day.az/azerinews/1794487.html Azərbaycanın cüdo yığması İslam Həmrəyliyi Oyunlarında komanda yarışının qalibi olub Azərbaycanın cüdo yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qarışıq komanda yarışında final görüşünə çıxıb. Day.Az-ın məlumatına görə, milli komandamız qızıl medal uğrunda qarşılaşmada Qazaxıstan kollektivi ilə üz-üzə gəlib.

Azərbaycanın cüdo yığması İslam Həmrəyliyi Oyunlarında komanda yarışının qalibi olub

Azərbaycanca, 10 ноября 2025 20:01 (UTC +04:00) 364
Azərbaycanın cüdo yığması İslam Həmrəyliyi Oyunlarında komanda yarışının qalibi olub

Azərbaycanın cüdo yığması Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarının qarışıq komanda yarışında final görüşünə çıxıb.

Day.Az-ın məlumatına görə, milli komandamız qızıl medal uğrunda qarşılaşmada Qazaxıstan kollektivi ilə üz-üzə gəlib. Rəqibini 4:0 hesabı ilə məğlub edən yığmamız İslamiadanın qalibi olub.

Azərbaycan millisinin heyətində Fidan Əlizadə (57 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Elcan Hacıyev (90 kiloqram) öz görüşlərini qələbə ilə başa vurublar.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости