https://news.day.az/azerinews/1799469.html Zəngilan şəhərinin su-kanalizasiya infrastrukturu qurulacaq - 6,3 milyon manatlıq LAYİHƏ Zəngilan şəhərlərinin su-kanalizasiya infrastrukturunun qurulması üzrə işlərə başlanılır.

Zəngilan şəhərinin su-kanalizasiya infrastrukturu qurulacaq - 6,3 milyon manatlıq LAYİHƏ

Azərbaycanca, 3 декабря 2025 10:06 (UTC +04:00) 333
Zəngilan şəhərinin su-kanalizasiya infrastrukturu qurulacaq

Zəngilan şəhərlərinin su-kanalizasiya infrastrukturunun qurulması üzrə işlərə başlanılır.

Day.Az xəbər verir ki, Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, görüləcək işlər çərçivəsində şəhərin magistral su xətlərinin, tullantı, yağış kollektorlarının və qurğularının tikintisinin layihə-smeta sənədlərinin hazırlanması və tikintinin həyata keçirilməsi çərçivəsində layihənin texniki şərtlərinin təsdiqi, qəbul-təhvil prosedurları aparılacaq.

Belə ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Qurum sözügedən işlərin icrasını "Körpü-Bina-Tikinti" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, MMC-yə 6,314 milyon manat ödənilib.

Qeyd edək ki, işlərin həvalə olunduğu MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 300 000 manat olan şirkətin qanuni təmsilçisi Göyüşov Xaliq Avdil oğludur.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости