Dilarə ilə Oktay Əliyevin 33 il əvvəlki toy

Əməkdar artist Dilarə Əliyeva ilə mərhum həyat yoldaşı, tanınmış aktyor Oktay Əliyevin 33 il əvvəl lentə alınmış toy görüntüləri sosial şəbəkələrdə yayılıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, kadrlarda cütlüyün xoşbəxt anları izləyicilərin marağına səbəb olub.

Paylaşılan videolar qısa müddətdə sosial mediada geniş yayılaraq minlərlə baxış toplayıb. İzləyicilər cütlüyün mehribanlığı və səmimiyyətini xüsusi qeyd edərək rəylər bölməsində duyğulu mesajlar yazıblar.

Qeyd edək ki, Oktay Əliyev 2023-cü il martın 22-də ağır yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.