Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə indiyə qədər daşınan taxılın həcmi açıqlanıb
Prezident İlham Əliyevin qərarına uyğun olaraq Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlərin aradan qaldırılmasından sonra qonşu ölkəyə yük göndərişi davam edir.
Day.Az xəbər verir ki, Bu barədə Trend-in sorğusuna cavab olaraq, Azərbaycan Dəmir Yollarından məlumat verilib.
Bildirilib ki, 9 noyabr 2025-ci il tarixindən Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə tranzit keçməklə taxıl daşınmasına başlanılıb. 560 ton taxıl yüklü 8 vaqondan ibarət sonuncu qatar 23 dekabrda Ermənistana yola salınıb.
"İndiyədək Rusiyadan Ermənistana Azərbaycan ərazisi ilə tranzit keçməklə ümumilikdə 3500 tona yaxın taxıl yüklü 3 qatar göndərilib",-deyə qurumdan əlavə olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре