Pulsuz paylanan şokoladdan 20 şagird zəhərləndi

Pulsuz şokoladdan 20 şagird zəhərlənib.

Day.Az xəbər verir ki, Türkiyənin Kütahya şəhərindəki məktəblərin birinə həyətində pulsuz paylanan şokoladları yeyən 20 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.

Məlumata görə, Şəhid Uzman Çavuş Hasan Kahraman Orta Məktəbinin həyətində satıcı şagirdlərə  pulsuz şokolad paylayıb. Şagirdlər qısa müddət sonra narahatlıq hiss edib və tibbi yardıma ehtiyac duyublar.

Hadisə ilə bağlı polis araşdırma aparıb və şokoladları paylayan satıcı M.A.Ç. gözaltına alınıb. O, tibbi müayinədən sonra ifadəsi üçün polis bölməsinə aparılıb.

Eyni zamanda, tarixi keçmiş ola bilən şokoladlar Kütahya Kənd Təsərrüfatı İl İdarəsi tərəfindən yoxlanılır.