https://news.day.az/azerinews/1820359.html Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə ağır cəza verildi Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib. Day.Az xəbər verir ki, məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində baş tutub.

Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə ağır cəza verildi

Azərbaycanca, 6 марта 2026 11:21 (UTC +04:00) 288
Dövlətə xəyanətdə təqsirləndirilən şəxslərə ağır cəza verildi

Dövlətə xəyanət etməkdə təqsirləndirilən İlkin Qənbərov, Vüsal Ağayev, Tural Alıyev, Məmməd Şərifovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.

Day.Az xəbər verir ki, məhkəmə prosesi Bakı Hərbi Məhkəməsində baş tutub.

Hakim Bilal Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, İlkin Qənbərov, Vüsal Ağayev 18 il, Tural Alıyev və Məmməd Şərifov 17 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Xatırladaq ki, xarici xüsusi xidmət orqanının nümayəndələrinə kömək etməklə casusluq formasında dövlətə xəyanət etməkdə ittiham olunan İlkin Qənbərov və Vüsal Ağayev DTX tərəfindən saxlanılaraq istintaqa cəlb olunublar. DTX tərəfindən davam etdirilən tədbirlər zamanı Tural Alıyev İordaniya, Məmməd Şərifov isə Türkiyə ərazisində ələ keçirilərək Azərbaycana gətirilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости