İrana qarşı əməliyyatda 13 amerikalı hərbçi ölüb

ABŞ-nin İrana qarşı həyata keçirdiyi "Epik qəzəb" əməliyyatının başlamasından bu yana 13 amerikalı hərbçi həlak olub.

Day.Az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən "The Wall Street Journal" qəzeti məlumat yayıb. 

Yaxın Şərqdəki əməliyyat çərçivəsində daha 200 amerikalı hərbçinin isə yaralandığı bildirilir.

Mənbələrin sözlərinə görə, yaralılardan 170 nəfəri artıq sağalaraq xidmətə geri qayıdıb.

Xatırladaq ki, ABŞ İrana qarşı "Epik qəzəb" adını verdiyi əməliyyata fevralın 28-də başlayıb.